Bağdadda intiharçı hücumlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb- YENİLƏNİB

Bağdadda intiharçı hücumlar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb- YENİLƏNİB

-- bu, son 3 gün ərzində ikinci belə hücumdur.

İraq paytaxtı Bağdadda törədilmiş qoşa intiharçı bomba partlayışı nəticəsində azı 35 nəfər həlak olub, tibbi mənbələr xəbər verib.
 
Maide.Az "BBC"-ə istinadən xəbər verir ki, bu, son 3 gün ərzində ikinci belə hücumdur.
 
Şəhərin mərkəzində yerləşən Tayran meydanında bazar ertəsi törədilmiş hücum nəticəsində 90-dan çox adam yaralanıb.
 
Bomba hücum intiharçı kəməri geyinmiş iki kişi tərəfindən həyata keçirilib, Daxili İşlər Nazirliyi bildirib.
 
Hücum edənlərin hədəfi hər səhər iş tapmaq üçün fəhlələrin meydana yığışdığı əmək bazarı olub.
 
***
İraqın paytaxtı Bağdad şəhərinə bu gün səhər saatlarında törədilən ardıcıl iki partlayış nəticəsində 25 nəfər həyatını itirib. 
 
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 90 nəfərin isə yaralandığı bildirilir. 
 
Bağdad təhlükəsizlik qüvvələrindən kapitan Əhməd Halef partlayşın Tayaran  meydanında terrorçu kamikazdelər tərəfindən törədildiyini bildirib. 
 
O deyib ki, prtlayış insanların  meydanda çox olduğu bir zamanda törədilib. 
 

Google+ WhatsApp ok.ru