Bağdadda məscid yaxınlığında terror olub

Bağdadda məscid yaxınlığında terror olub

 
Maide.Az xəbər verir ki, İraqın paytaxtı Bağdadda,  Əbu Qureyb məscidi yaxınlığında intiharçı terrorçu özünü partladıb. Terror nəticəsində azı 14 nəfər həlak olub, 32 nəfər yaralanıb. Partlayış insanların məsciddə Ramazan ayı münasibəti ilə dini ayin yerinə yetirdikləri zaman baş verib. 
 
Terrorda məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Agentliyin məlumatına görə, məsciddə çoxlu insan olub.

Google+ WhatsApp ok.ru