Bağdadda min illik keçmişi olan  iftar süfrəsi

Bağdadda min illik keçmişi olan iftar süfrəsi

-- Dəclə çayının sahilində yerləşən bu məsciddə...

Ramazan ayında yüzlərlə yoxsul, yolçu, səfil və ziyarətçi  oruclarını min illik keçmişi olan iftar süfrəsində açırlar.
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, Bağdadın ən qədim məscidlərindən olan İmam Əbu Hənifə Əl Numan məscidi yüzillərdir hər il Ramazan ayında iftar və sahur süfrəsi açmaqdadır.
 
Dəclə çayının sahilində yerləşən bu məsciddə qurulan çox geniş süfrə bəzən məscidin həyətindən də kənara çıxır. Qadın və uşaqlar məscidin içində, kişilər isə həyətdə açılar süfrələrə qonaq edilir.
 
Bu qədim iftar süfrəsi haqqında məscidin müdiri Şeyx Əbdülməcid Həmədani belə söyləyir: "Bu süfrənin tarixi və məscidin qurulması hicri qəməri 375-ci ilə gedib çıxır. Bu süfrənin xərcləri sadəcə məscid tərəfindən deyil, Bağdadda yaşayan yaxşı insanlar tərəfindən də ödənilir."
 
Bu iftar süfrəsinin qonaqlarından biri olan 30 yaşlı Əhməd Salman "Biz nəsillərdir bu iftar süfrəsinə alışmışıq. Çox zaman iftar və sahurda məscidin qonağıyıq" dedi.

Google+ WhatsApp ok.ru