Bağdaddan Ankaraya sərhəd əməliyyatı barədə etiraz

Türkiyə ordusunun PKK terror təşkilatının Şimali İraqdakı düşərgələrinə yönəlik əməliyyatlarına Bağdaddan sərt reaksiya gəlib.
 
Maide.az xəbər verir ki, İraq Xarici İşlər naziri İbrahim əl-Cəfəri Bağdaddakı Türkiyə səfirini ötən həftə nazirliyə çağıraraq əməliyyatların özləri ilə koordinasiyalı şəkildə aparılmasını istədiyini açıqlayıb. İyul ayında başlayan əməliyyatlarda səssiz qalan Bağdadın, Türkiyənin özünü müdafiə hüququna hörmətlə yanaşdığını qeyd edən İraqlı nazir, Ankaranın indiyə qədər xüsusi qüvvələrin PKK-nı təqib etmək üçün sərhədi keçmələri də daxil olmaqla heç bir əməliyyatda onlarla əlaqə yaratmadığını vurğulayıb. Cəfəri ortadakı şərtlər tələb etdiyi və yaşayış yerlərinin zərər görməməsi üçün lazımi tədbirlər alındığı təqdirdə, İraqın Türkiyə ordusunun sərhəd arxası əməliyyatlarını dəstəkləyəcəyini deyib.

Google+ WhatsApp ok.ru