Bağdadda partlayış: 18 nəfər öldü

Bağdadda partlayış: 18 nəfər öldü

-- Əs-Sadr məhəlləsində

İraqın paytaxtı Bağdadda Əhli-beyt (ə) ardıcıllarının hüseyniyyəsi yaxınlığında baş verən  partlayış nəticəsində 18 nəfər həyatını itirib.  
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  Bağdad polis rəsmisi  Hilal Əz-Ziyab  bildirib ki, partlayışlar şəhərin Əs-Sadr məhəlləsində  baş verib. 
 
Məlumata əsasən, Bağdadda baş verən partlayış nəticəsində 93 nəfər yaralanıb.
 
“Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, Bağdadın şərqində silah-sursat anbarında partlayış baş verib. 
 

Google+ WhatsApp ok.ru