Bağdadda partlayışlar: 8 ölü, 16 yaralı

Bağdadda partlayışlar: 8 ölü, 16 yaralı

İraqın paytaxtı Bağdadın 6 müxtəlif ərazisində partlayış baş verib.
 
Maide.Az "FaktXəbər"-ə istinadla xəbər verir ki,  Bağdadın polis rəsmisi Hatəm Cabiri "Anadolu" agentliyinə bildirib ki, paytaxtın şimalındakı Ədən meydanı və Şulə məntəqəsində baş verən partlayışlar nəticəsində 3 nəfər ölüb, 6-sı isə yaralanıb.
 
Paytaxtın şərqindəki Sədr, Məştəl, və Həbibiyyə bölgəsinin hər birində bir partlayış baş verdiyini qeyd edən Cabiri, Həbibiyyədəki hadisədə mikroavtobusa yerləşdirilən qurğunun partladığını deyib. Sözügedən 3 partlayışda 5 nəfər ölüb, 7-si yaralanıb. 
 
Paytaxtın cənubundakı Turas məntəqəsində yerləşəm ticarət mərkəzi yaxınlığında bombanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.
 
Baş verən partlayışların məsuliyyətini hələlik üzərinə götürən olmasa da, Cabiri partlayışların İŞİD terror təşkilatı tərəfindən həyata keçirildiyini deyib.
 

Google+ WhatsApp ok.ru