Bağdadda Səudiyyə Ərəbistanı məhsullarına sanksiya tətbiq edildi

Bağdad şəhər Şurası Məclisi Səudiyyə Ərəbistanının bütün məhsullarına sanksiya tətbiq olunduğunu elan edib.
 
Maide.az xəbər verir ki, bu addım Səudiyyə Ərəbistanının İraqa və İŞİD terror qruplaşmasının törətdiyi cinayətlərə qarşı tutduğu mövqeyə görə atılıb. 
 
Bundan öncə İraqın Babul və Bəsrə əyalətlərində də Səudiyyə Ərəbistanının məhsullarına sanksiya tətbiq olunmuşdu.
 
Babul əyalətinin başçısı Sadiq Mədlul əl-Sultani deyib ki, Babulun icra aparatı ilə tacirlər və idxalçı şirkətlər arasında Türkiyə və Ərəbistan məhsullarının bu əyalətə girişinin qarşısının alınması barədə razılıq olub. 
 
Bəsrə əyaləti də bundan öncə Səudiyyə Ərəbistanının İraqda terrorizmi dəstəklədiyi üçün bu ölkənin şirkətləri ilə ticarəti qadağan etmiş və onların məhsullarının Bəsrəyə girişinin qarşısının alınmasını tələb etmişdi.
 

Google+ WhatsApp ok.ru