Bağdadda terror: 6 nəfər ölü, 13 nəfər yaralı

Bağdadda terror: 6 nəfər ölü, 13 nəfər yaralı

İraqın paytaxtı Bağdadda baş verən terror aktında 6 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
 
Təhlükəsizlik mənbələrindən verilən məlumata əsasən, Bağdadın mərkəzini Karrada rayonuna birləşdirən Ruba körpüsü yaxınlığında yerləşən iş yerlərini hədəfə alan bomba yerləşdirilmiş maşın partladılıb. Hücum nəticəsində 6 nəfər nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
 
Təhlükəsizlik zolağına alınan bölgəyə göndərilən təcili tibbi yardım maşınları zərərçəkənləri ətrafdakı xəstəxanalara aparıblar. Hücumun məsuliyyətini hələ öz üzərinə götürən olmayıb. (deyerler) /

Google+ WhatsApp ok.ru