Bağdadda törədilən terror nəticəsində ölənlərin sayı 94-ə çatıb, 150 nəfər yaralanıb - YENİLƏNİB

Bağdadda törədilən terror aktları nəticəsində ölənlərin sayı 94-ə çatıb, 150 nəfər yaralanıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 80 nəfərin öldüyü, 140 nəfərin yaralandığı bildirilirdi.
 
Mayın 11-də İraq paytaxtının bir-birinin ardınca 3 minalanmış avtomobil partladılıb.
 

 

Hücuma görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb

***

Ölənlərin sayı 50-yə çatıb, azı 60 isə yaralanıb.


İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadın şimal-şərqində yerləşən və şiələrin yaşadığı Mədinət-əs-Sədr rayonunda baş vermiş terror aktının məsuliyyətini İŞİD öz üzərinə götürüb. Bu gün səhər bazarın yanında mina ilə doldurulmuş maşın partlayıb. İŞİD terrorçuları bildirib ki, sükan arxasında kamikadze əyləşmişdi. Ölənlərin sayı 50-yə çatıb, azı 60 isə yaralanıb. 

Google+ WhatsApp ok.ru