Badamdardakı sürüşmədən bir ictimai iaşə obyekti, iki fərdi yaşayış evi zərər görüb

Badamdardakı sürüşmədən bir ictimai iaşə obyekti, iki fərdi yaşayış evi zərər görüb

Badamdar qəsəbəsində torpaq sürüşməsi əvəəl baş verdiyi ərazidə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon Polis İdarəsinin rəisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri dərhal hadisə yerinə gəliblər.

Bunu APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov bildirib.

Onun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, bir ictimai iaşə obyekti, iki fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:

“Eyni zamanda sürüşmə zamanı torpaq altında bir minik avtomobili qalıb. Xoşbəxtlikdən heç bir tələfat yoxdur”.

Google+ WhatsApp ok.ru