Baş direktor: `İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır`

Baş direktor: `İran Milli Bankının Bakı filialının potensialından istifadə olunmalıdır`

Azərbaycan və İran bankları arasında əlaqələr tamamilə qurulub. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın İnkişaf İxracat Bankının baş direktoru Əli Salehabadi deyib.
 
Onun sözlərinə görə, bu, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasından sonra mümkün olub: "Planın icrasından sonra iki ölkənin bank əlaqələri yaxşı səviyyədədir. Hər iki ölkənin bank sistemi arasında əməkdaşlıq səviyyəsi artmaqdadır".
 
Azərbaycan-İran müştərək bankının yaradılması məsələsinə toxunan baş direktor qeyd edib ki, bu ideyanın reallaşdırılması qarşılıqlı ticarətə müsbət təsir edəcək.
 
Ə. Salehabadi həmçinin İran Milli Bankının Bakı filialının potensialından yararlanmağa çağırıb: "Əgər filialın potensialından yaxşı istifadə olunarsa, hər iki ölkə müvafiq məqsədlərinə çata bilər".
 

Google+ WhatsApp ok.ru