Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

Son illər Azərbaycanda böyrək xəstəlikləri, xüsusən ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb.
 
APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov deyib.
 
Baş həkim qeyd edib ki,  əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur.
 
Onun sözlərinə görə, hazırda Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır.
 
T. İbadov vurğulayıb ki, il ərzində xəstəxanaya ən çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.
 
Baş həkim onu da bildirib ki, xəstəxanada ölüm faizi çox aşağıdır: “Hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir”. /

Google+ WhatsApp ok.ru