Baş həkimin müavini: “Ölkədə dağınıq skleroz xəstəliyinə daha çox cavan və orta yaşlılarda rast gəlinir” 24 May 2017 01:00 Sağlamlıq "Dağınıq skleroz xəstəliyi dünya, o cümlədən də Azərbaycan səhiyyəsi üçün aktual məsələdir". Bunu akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) 25 may - Beynəlxalq Dağınıq Skleroz günü münasibətilə keçirilən tədbirdə RKX-nın baş həkiminin müavini Mahir Babayev deyib. O bildirib ki, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənmiş "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı" çərçivəsində 2013-2016-cı illərdə RKX-da 1240-dan çox xəstə müayinə olunub: "Onlardan 1000 nəfərə yaxın şəxsə dağınıq skleroz diaqnozu qoyulub. Yüzdən artıq xəstə dinamik müşahidəyə götürülüb, 104 xəstədə diaqnoz tamamilə inkar edilib. Ölkəmizdə dağınıq skleroz xəstəliyinə əsasən, cavan və orta yaşıl nəsil arasında rast gəlinir". M. Babayevin sözlərinə görə, dağınıq skleroz xəstələri müvafiq preparatlarla dövlət tərəfindən tam təmin olunur. Baş həkimin müavini qeyd edib ki, dövlət proqramı çərçivəsində tibb işçilərinin təkmilləşdirilməsi, əhali arasında bu xəstəliyə dair maarifləndirmə işi də aparılır. (apa) / Teqlər : #Baş həkimin müavini: Ölkədə dağınıq skleroz xəstəliyinə daha çox cavan və orta yaşlılarda rast gəlinir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yerkökünün mühüm faydaları Çuğundur yarpağının faydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir