Baş həkim: `Üç yaşına kimi uşaqların beyin inkişafına xüsusi diqqət yetirmək lazımdır`

Baş həkim: `Üç yaşına kimi uşaqların beyin inkişafına xüsusi diqqət yetirmək lazımdır`

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində tədbir keçirilib.
 
Tədbirdə mərkəzin baş həkimi Cəmilə Talıbova bildirib ki, burada il ərzində 18 yaşına qədər təxminən 2300-ə qədər uşağa zəruri tibbi xidmət göstərilir. O deyib ki, mərkəzə müraciət edən uşaqların hər biri üçün fərdi müalicə planı tərtib edilir, onlar il ərzində 3-5 dəfə müalicə-bərpa prosedurundan keçir: “Tibb müəssisəsinə müraciət edən xəstələrin 40%-dən çoxunu nevroloji problemləri olan uşaqlar təşkil edir. Bunlar əsasən uşaq serebral iflicli xəstələrdir. Onların da bərpa-müalicəyə ehtiyacı var. Bəzi pasiyentlərdə sinir sistemi patologiyaları ilə yanaşı, digər somatik xəstəliklər də müşahidə edilir”.
 
Baş həkim qeyd edib ki, il ərzində mərkəzə gələn uşaqların 60%-i sağlamlıq imkanları məhdud olan uşaqlardır. C.Talıbova valideynlərə də müraciət edib: “Ümumiyyətlə, uşağın inkişafı 3 yaşına kimi sürətlə gedir. Valideynlər uşaqların əsasən çəki və boyunun artmasına diqqət yetirir. Lakin 3 yaşına kimi uşaqların beyin inkişafına xüsusi diqqət yetirmək lazımdır. Uşaq 3 yaşına kimi danışmırsa, nəsə soruşmursa, ünsiyyət qura bilmirsə, hərəki funksiyaları yoxdursa, bunlar ciddi siqnal deməkdir, Valideynləri hansısa hallar narahat edirsə, mütləq həkimə müraciət etsinlər. Uşaqlar vaxtında müalicə olunduqda problemlərin də tez zamanda qarşısını almaq mümkün olur”. (apa) /

Google+ WhatsApp ok.ru