Bahalaşan bayram süfrəsi

Bahalaşan bayram süfrəsi

"Yeni Müsavat" qəzetində "Novruz bayramı plovu bişirənlərin ən çox xərci kərə yağına çıxacaq - Qubad İbadoğlu" sərlövəhli məqalə oxumaq olar.
 
Saytda tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun Novruz bayramı süfrəsi hazırlanmasının ailə büdcəsinə neçəyə başa gələcəyinə dair hesablamalarına yer verilib.
 
Q.İbadoğlu hesab edir ki, 5 nəfərlik ailə bayram süfrəsi üçün ən azı 121 manat 12 qəpik xərcləməlidir, belə ki, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 2019-cu ilə kimi 1,64 dəfə bahalaşıb.
 
Bu barədə iqtisadçı alim Qubad İbadoğlu bugünki məqaləsində yazıb.
 
Q.İbadoğlu deyir ki, martın 1-dən minimum əmək haqqının artımına dair sərəncam qüvvəyə minib, artımla hesablanan ödənişlər bu ayın sonunda həyata keçiriləcək, eləcə də, artırılmış sosial müavinətlər aprelin 1-dən veriləcək: "Amma, buna baxmayaraq, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq fevral ayından bahalaşmağa başlayıb. Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağı üçün bahalaşmanın miqyasının, təsir dairəsinin və gücünün genişlənəcəyi də şübhəsizdir".
 
Ekspert deyir ki, minimum əmək haqqı və sosial müavinətlərin artımından faydalananlar qrupuna yalnız işləyənlər və yardım alanlar daxil olsa da, qiymətlərin bahalaşmasından həm işləyənlər, həm də işsizlər ziyan çəkirlər.
 
Bundan irəli gələrək, Q.İbadoğlu deyir ki, indiki halda Mərkəzi Bankın və hökümətin qarşısında duran başlıca vəzifə antu-inflyasiya tədbirlərini gücləndirmək olmalıdır.
 
Q.İbadoğlu xəbərdarlıq da edir: "Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel ayında kəllə-çarxa qalxacaq".
 
Ekspert qarşıdan gələn Novruz bayramında bayram süfrəsinin 5 nəfərlik ailəyə neçəyə başa gələcəyi barədə də danşır və onun sözlərinə görə, bayram plovu bişirənlərin ən çox xərci isə kərə yağına çıxacaq.
 
Ekspert deyir ki, 2012-ci ildə 7 manat 80 qəpik olan "Ankor" yağı 2,1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək bahalaşıb.
 
Q.İbadolu vurğulayır ki, 1 kq-ı 2 manat 60 qəpik olan quş ətinin qiyməti 1,5 dəfədən çox, 1 kq-ı 4 manat olan kişmişin qiyməti 1,5 dəfədən çox bahalaşıb.
 
"Bütövlükdə eyni adlı məhsullar üzrə bayram süfrəsinin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 2019-cu ildə 121 manat 12 qəpiyədək, yəni 1,64 dəfə bahalaşıb".
 

 

Google+ WhatsApp ok.ru