Bahalaşmanın əsas səbəbləri nədir?

Bahalaşmanın əsas səbəbləri nədir?

-- Çıxış yolu nədədir?

«Exo» qəzetində «Qiymətləri dövlətin tənzimləməsi Azərbaycan üçün ən son tədbirdir?» sualına cavab axtarılır.
 
Yazıda rəsmi statistik göstəricilərə əsasən bildirilir ki, bu ilin 10 ayı ərzində istehlak bazarında 13.7 faiz bahalaşma baş verib. Ərzaq malları 17.6, qeyri-ərzaq malları 12.4, ödənişli xidmətlər də 9.6 faiz bahalaşıb.
 
Müəllif bahalaşmanın durdurulma yolunu ekspertlərdən soruşub.
 
«Azərbaycanda ərzaq mallarının bahalaşmasını dayandırmaq üçün dövlət tənzimlənməsi haqda qanun qəbul etmək ən son tədbir ola bilər. Amma bu gün bəzi ərzaq mallarının qiymətləri süni şəkildə artırılır. Odur ki, belə halların qarşısını almaq mümkündür. Bir müddət malların qiymətlərinin son həddi müəyyən edilməlidir», - deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetə deyib.
 
E.Hüseynov hesab edir ki, dövlət təmsilçilərinin qiymətlərlə bağlı monitorinqlər keçirməsi, şifahi qadağalar qoyulması bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Bazar iqtisadiyyatı şəraitində dövlətin bu və ya digər malların qiymətlərinə nəzarət etmək hüququ yoxdur.
 
Ekspert hesab edir ki, burada çıxış yolu biznesin inkişafında, rəqabət mühitinin yaradılmasındadır. Onun fikrincə, inhisar aradan qaldırılmalıdır.
 
Ekspert Natiq Cəfərli də hesab edir ki, bahalaşmanın əsas səbəbi yüksək gömrük rüsumları və inhisardır:
 
«Gürcüstan və Azərbaycanda gömrük, vergi ödəmələrinin fərqli olması da qiymətlərə təsir edir. Əgər dövlət əhalini bəzi məhsullarla daxili istehsal hesabına təmin edə bilmirsə, gömrük və vergi ödəmələrini endirməklə idxal qiymətlərinə təsir edə bilər».(azadliq.org)
 

Google+ WhatsApp ok.ru