Bahalaşmanın səbəbi: rüsum yox, monopoliya...

Bahalaşmanın səbəbi: rüsum yox, monopoliya...

-- yağın qiymətinin bahalaşmasının qarşısını almaq üçün...

"Yeni Müsavat" qəzetində "Yağ kimi monopoliya- kərə yağı bahalaşır" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif kərə yağının bahalaşmasının səbəblərini iqtisadşı-ekspert Qubad İbadoğlu ilə müzakirə edir.
 
Məqalə müəllifi deyir ki, bir ilə yaxındır ki, manatın dollara nisbətdə dəyərində sabitlik yaranıb, buna baxmayaraq, ölkə bazarında bahalaşma davam edir.
 
Yazı müəllifi deyir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2017-ci ilin eyni dövrülə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətləri 3,2%, o cümlədən ərzaq məhsulları qiymətləri 3,2%, qeyri-ərzaq məhsulları isə 3,9%, ödənişli xidmətlər 2,6% bahalaşıb. Müəllif bu sırada kərə yağlarının bahalaşmasını xüsusi olaraq vurğulayır.
 
Ekspert Q.İbadoğlu xatırladır ki, 2017-ci ilin dekabrında Nazirlər Kabineti ölkəyə idxal edilən kərə yağı və süddən hazırlanan digər məmulatların rüsumlarını 15%-dən 5%-ə endirib, amma bu endirim kərə yağının qiymətində ucuzlaşmaya səbəb olmayıb.: "Əksinə, bahalaşma müşahidə olunub. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə yox, başqa səbəblərlə bağlıdır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlardan 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılardır".
 
Ekspert deyir ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunsa da bunun 85%-i faizi Yeni Zelandiyanın payına düşür.
 
Q.İbadoğlu düşünür ki, burada bahalamanın səbəbi inhisardadır: "Yeni Zellandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopoliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə, bahalaşdırırlar".
 
Ekspert həm də hesab edir ki, yağın qiymətinin bahalaşmasının qarşısını almaq üçün inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidir.
 
Müəllif vurğulayır ki, Dövlət Gömrük Komitəsi də bu günlərdə kərə yağının qiymətinin bahalaşmasının gömrük rüsumları ilə bağlı olmadığını açıqlayıb.
 
Müəllif deyir ki, 2017-ci ilin oktyabrından Azərbaycanda kərə yağları kəskin şəkildə bahalaşıb, bunu həmin zaman dünya bazarında qiymət bahalığı ilə izah ediblər.
 
Amma ötən ilin sonlarında dünya bazarında kərə yağının qiyməti sabitləşsə də ölkədə bahalaşma davam edir, bu da onu göstərir ki, son aylarda davam edən bahalaşmanın kökündə başqa maraqlar dayanır.(contact.az)
 

Google+ WhatsApp ok.ru