Bahalaşmaya xalqın münasibəti - VİDEOSORĞU

Dekabrın 21-də Azərbaycan Mərkəzi Bankı üzən məzənnə siyasətinə keçdi. Beləliklə, manat bir gündə  47.7 faiz dəyərdən düşdü. Bu ilin 21 fevralında isə manat 33.8 faiz devalvasiya olmuşdu. Beləliklə, ilin əvvəlində 1 dollar 0.78 AZN-nə təklif olunurdusa, ilin sonunda bu rəqəm 1.55 AZN-ə yüksəldi.

   Yəni ilin əvvəli ilə müqayisədə milli valyutamız 2 dəfə dəyərini itirmiş oldu. Baş verən hadisələr isə ərzaq mallarında qiymətlərin yüksəlməsi ilə özünü göstərdi. Əməkdaşları yaranan bahalaşma ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Həmin görüntüləri təqdim edirik: bizimyol/

 

Google+ WhatsApp ok.ru