Bahalığa görə yağdan imtina?

Bahalığa görə yağdan imtina?

""Novoye Vremya" qəzetində "Azərbaycan səhər milli yeməyi təhlükə altında?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif son vaxtlar kərə yağının kəskin bahalaşması səbəblərini müzakirə edir və bu fonda əhalinin səhər yeməyində kərə yağı istifadə etməsində çətinliklərin yarandığını bildirir.
 
Müəllif xatırladır ki, bu yağların qiymətləri hazırda 14-25 manat arasında dəyişir və bundan da irəli gələrək 2650 nəfər arasında keçirilən sorğuda çoxları səhər yeməyində yağdan istifadədən imtina edir.
 
Məqalə müəllifi deyir ki, bir çox iqtisadçılar bu bahalığı təkcə xaricdə kərə yağlarının bahalaşması ilə deyil, həm də ölkədəki inhisar və əlavə edilən gömrük ödənişlərinin bahalığı ilə əlaqələndirirlər.
 
Müəllif vurğulayır ki, il ərzində adambaşına orta hesabla 6,7 kiloqram yağ istehlakı düşür ki, bu da bütün əhali üçün 65 243 ton yağ deməkdir.
 
Məqalə müəllifi deyir ki, burada inhisar da özünü göstərir, belə ki, 2016-cı ildə kərə yağı idxalı ilə 5 şirkət məşğul olub və hər biri 16,4% yağ idxal edib. İndi bu bazarın 82%-nə cəmi 5 şirkət nəzarət edir, 2017-ci ilin məlumatlarına görə, artıq 4 şirkətin nəzarətinə keçib.
 
Beləliklə, müəllif deyir ki, bir tərəfdən, kərə yağı idxalında inhisar qalmaqdadır, digər tərəfdən, ölkə minimal yağ tələbatını belə ödəmək gücündə deyil və bu da kərə yağı idxalında bahalığa səbəb olub.
 
Müəllif deyir ki, əhalinin yerli yağla tələbatının 70% ödənilməsi haqda bəzi rəsmi qurumların açıqlamaları olduqca asan təkzib edilir.
 
Məqalə müəllifi deyir ki, nə qədər ki Gömrük Komitəsi iqtisadçıların bəyanatlarını təkzib etməyə çalışacaqsa bu bazarda durum müsbətə doğru dəyişməyəcək, idxaldan asılılıq artacaq, insanlar yenə də yerli olmayan alternativlərə keçməli olacaq və bu durumda komitə və hökumət nə etmək istəyirsə o aydın deyil. (contact.az)

Google+ WhatsApp ok.ru