Bahreyndə İmam Hüseynin (ə) matəm mərasimlərinə hücum

Qərbin səssizliyindən ilham alan Bəhreynin Xəlifə rejimi vətəndaşların haqlarını pozmağa, tələb və inanclarına hücuma davam edir. Bəhreyn İslam Hərəkatı Cəmiyyəti bir açıqlama verərək, Xəlifə rejiminin Məhərrəm ayı işarələrinə istiqamətli hücum və təhqirlərini qınayıb. Bu cəhdlərin rejimin əksəriyyəti şiə olan cəmiyyəti başda olmaqla xalqın dini inanclarını hədəf alan siyasətinin davamı olduğu bildirilir. maide.az xəbər verir ki, xəlifə güclərinin şiələrin yaşadığı bölgələrə hücum edərək, matəm bayraqları və bannerlər də daxil olmaqla Məhərrəm əlamətlərini təhqir edib İmam Hüseyn (ə) üçün yas mərasiminə mane olduğu, həmçinin əzadarlardan bir neçəsini göz altına aldığı bildirilir.
 
Bahreyn İslami Hərəkatı Cəmiyyətinin rəsmisi Şeyx Abdullah Saleh Qərb ölkələrinin Bəhreyndəki inqilaba qarşı susqunluqlarını sürdüklərini söylədi. Abdullah əl-Saleh bu mövzu haqqında verdiyi açıqlamada, "Xəlifə rejimi Bəhreyndə cinayətlər törədir və bu hadisələrin bir çoxu müharibə cinayətləridir. Amma maraqlıdır ki, bu cinayətləri Qərb ölkələrinin hüquq müdafiə təşkilatları və beynəlxalq yəşkilatlar görmək istəmirlər", - deyib.

Google+ WhatsApp ok.ru