Bakıda daha bir yol çöküb - VİDEO 04 Oktyabr 2017 01:00 Hadisə Bakıda daha bir yol çöküb. "APA-Economics" xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin ("İmperator" şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli "APA-Economics"ə açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib". Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. "Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib. Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. Teqlər : #Bakıda daha bir yol çöküb VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qubada zəlzələ olub Astarada ən böyük çay daşıb, 50 ailə təxliyə edilib