Bakıda güclü külək fəsadlar törədib -VİDEO 10 Avqust 2018 01:00 Hadisə Bakıda güclü külək bir sıra fəsadlar törədib. “Report”un məlumatına görə, paytaxtın Nəsimi rayonunun Xan Şuşinski küçəsində küləyin aşırdığı ağac minik avtomobilin üzərinə, rayonun digər ərazisində isə dayanacağın üzərinə düşüb. Qeyd edək ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 6 müraciət daxil olub. Birliyin şöbə rəisi Orxan Məmmədov "Report"a bildirib ki, hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər. Teqlər : #Bakıda güclü külək fəsadlar törədib VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ildırım qadının ölümünə səbəb oldu Bakıda hava limanında sərnişinlərlə bağlı problem yaranıb - FOTO