Bakıda kütləvi intihar cəhdinin qarşısı alınıb

Bakıda kütləvi intihar cəhdinin qarşısı alınıb

Bakıda binanın damına çıxaraq intihara cəhd etmək istəyən şəxslər fikirlərindən daşındırılaraq aşağı düşürülüblər.
 
Maide.Az "Report"a istiinadla bildirir ki, FHN-in məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdiriblər.
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.
 
Əməliyyat başa çatıb.

Google+ WhatsApp ok.ru