Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

Əli ibn Əbi Talib (ə):
Dörd şeyi bilən dörd şeydən ümidini kəsməz:
1. Dua etməsinə əmr olunan şəxs, dualarının qəbul olmasından ümidsiz olmaz.
2. Tövbə etməyə çağrılan şəxs, tövbəsinin qəbul olmasından ümidsiz olmaz.
3. Bir şəxs bağışlanmaq tələb etməyə vadar olunubsa, bağışlanmaqdan ümidsiz olmaz.
4. Bir şəxsə şükür etmək öyrədilibsə, o, nemətlərin çoxalmasından ümidsiz olmaz.



Bakıda maskalılar evlərə hücum edir: polis çarəsiz, əhali silah alır

-- Abşeron, Qaradağ və Binəqədi - ərazi vahidlərində

Tarix : 19-04-2018 10:50

Müşfiqabad qəsəbəsində oğurluq hallarının artması, kriminal durumun ürəkaçan olmadığı barədə məlumat vermişdik. Hətta Bakının bu qəsəbəsində artıq oğruların maskalı və soyuq silahla evlərə basqın etdiyini də bildirmişdi. Ev sahibləri evdə olduğu halda açıq-aşkar edilən bu basqınla bağlı polis hələ də hərəkətə keçməyib.
 
Maide.Az "Axar.az"-a istinadən  xəbər verir ki, maskalı oğrular aprelin əvvəllərində qəsəbədəki mənzillərdən birinə gecə saat 3 radələrində qapını döyərək girməyə cəhd etmişdilər. Ev sahibinin DİN-in 102 Qaynar xəttinə zəng etməsi belə quldurları qorxutmamışdı. Onlar evə soxulmaq üçün pəncərəni qırmağa çalışmışdılar.
 
Hadisəni araşdıran Abşeron Rayon Polis İdarəsi hələ ki, heç bir nəticə əldə etməyib. Ümumiyyətlə, Müşfiqabad qəsəbəsində illərdir oğurluq hadisələrinin üstü açılmır. Bu isə oğrulara artıq daha həyasız davranmaq, quldurluq etmək fürsəti verir.
 
Problemin böyüməsinə həm də Müşfiqabad qəsəbəsinin 3 rayonun – Abşeron, Qaradağ və Binəqədi - ərazi vahidlərinə bölünməsi də şərait yaradır. Belə ki, oğurluq hadisəsi zamanı həmin evin hansı polis idarəsinin hansı polis bölməsinə düşdüyü müzakirəsi başlayır. Bəzən isə zərərçəkənlər bu üç rayonun arasında gedib-gəlməkdən usanırlar.
 
Mütəxəssislərin sözlərinə görə, Müşfiqabadın hazırkı inzibati bölgüsü kriminal ünsürlərin əl-qol açmasında rol oynayan əsas faktlardandır. Bu qəsəbənin əhalisinin 50 mini adlamasına baxmayaraq, hələ də burda polis bölməsi fəaliyyət göstərmir. Çünki 3 rayon ərazisində əsir-yesir qalan bir qəsəbə ilə bağlı hansı idarənin məsuliyyət daşıdığı bilinmir.
 
Məsələ ilə bağlı saytımıza danışan keçmiş polis rəisi Mahmud Hacıyev bildirib ki, Müşfiqabad böyük qəsəbə olsa da, ərazisi 3 rayon arasında bölündüyündən, polis bölməsi fəaliyyət göstərmir:
 
“Müşfiqabad böyük qəsəbədir. Onun bir hissəsi Abşeron, bir hissəsi Qaradağ, bir hissəsi isə Binəqədi rayonuna düşür. Belə məqamlarda vətəndaşların da, polis idarələrinin də üstünə böyük məsuliyyət düşür. Yaxşı olar ki, hər sahə rəisi özünün mobil və iş telefon nömrəsini, ad soyadını müəyyən yaşayış evlərinə, binalara vursun. Vətəndaş hadisə baş verəndə kimə və hansı nömrəyə zəng edəcəyini bilsin.
 
Məsələn, Nizami rayonunda bu üsuldan istifadə edilib. 10 bloklu, 9 mərtəbəli bir neçə binanın girişinə “sizin sahə rəisiniz” başlıqlı məlumatlandırıcı vərəq yapışdırılıb və nömrələri də qeyd edilib. Müşfiqabad kimi böyük qəsəbələrə də bunu tətbiq etmək lazımdır. Bu, xüsusilə son vaxtlar həmin ərazidə artan oğurluq hallarına görə daha geniş formada tətbiq edilməlidir”.
 
Qeyd edək ki, Müşfiqabad qəsəbəsi üçün Abşeron Rayon Polis İdarəsinin 40-cı polis bölməsi cavabdehdir ki, o da Sulutəpə ərazisində yerləşir. Sulutəpə qəsəbəsinin əhalisinin son vaxtlar necə sürətlə artdığını və bölmənin qəsəbədən 20 km məsafədə yerləşdiyini nəzərə alsaq, oğurluq hadisələrinin niyə araşdırılmadığı və yaxud barmaqarası yanaşıldığı üzə çıxar.
 
Qaradağ və Binəqədi rayon Polis idarələrinin isə ümumiyyətlə yaxınlıqda heç bir bölməsi fəaliyyət göstərmir.
 
Bu cür anlaşılmazlıq səbəbindən əhali böyük təşviş içindədir. Hətta bu qəsəbədə artıq “silahlanma yarışı” başlayıb. Sakinlər özlərini basqınçılardan müdafiə etmək üçün ov tüfəngləri almağa başlayıblar.
 
Qəsəbə sakinləri müxbirimizlə söhbətlərində Daxili İşlər naziri Ramil Usubovdan başqa ümid yerlərinin olmadığını, ondan kömək istədiklərini, lazım gələrsə, bunun üçün imza toplayacaqlarını bildiriblər.
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 11:34