Bakı-Şamaxı yolunda yük maşını ilə sərnişin avtobusu toqquşub, yaralılar var

Bakı-Şamaxı yolunun Müşviq qəsəbəsi ərazisindən keçən hissəsində sürücülərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
 
APA-nın məlumatına görə, hadisə  Müşfiq postunun yaxınlığında qeydə alınıb. Elçin Rəşidovun idarə etdiyi 56 AC 250 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını ilə Bilal Əhmədovun idarə etdiyi 109 saylı “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində yük maşını aşıb, sürücü xəsarət alıb. Güclü zərbədən avtobusun ön hissəsi ciddi deformasiyaya uğrayıb. Sürücü  Bilal Əhmədov isə, ağır yaralanıb. Hər iki yaralı təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
 
Qəza səbəbindən yolda tıxac yaranıb.  DYP Qaradağ və Binəqədi yol polisi şöbələrinin əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisə şahidlərindən verilən məlumata görə, qəzaya yolda işıqlandırmanın olmaması və sürücülərin bir-birilərinin yoluna çıxması səbəb olub.
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru