Bakı-Ankara qatarı açılır - Qiyməti belədir

Bakı-Ankara qatarı açılır - Qiyməti belədir

Bakı-Ankara qatarı avqust ayında sərnişinlərin istifadəsinə veriləcək.
 
"Qafqazinfo" “Railturkey.org”a istinadən xəbər verir ki, ilkin mərhələdə həftədə bir dəfə səfər həyata keçiriləcək. "Azərbaycan Dəmir Yolları" bu marşrut üzrə "Stadler" şirkətindən aldığı qatarları reysə buraxacaq.
 
Kupelərin tipindən asılı olaraq, qatar biletlərinin qiyməti 96 - 220 AZN arası dəyişəcək. Qatar 246 sərnişin üçün nəzərdə tutulub. Səfərin müddəti 40 saatdan çox olacağı güman edilir.
 
 

Google+ WhatsApp ok.ru