Bakı-Astara avtomobil yolu bu ilin mayında istifadəyə veriləcək

Bakı-Astara avtomobil yolu bu ilin mayında istifadəyə veriləcək

-- məsafə əvvəlkinə nisbətən 38 kilometr qısalacaq

Bakıdan İran sərhədinə qədər olan Bakı-Astara avtomobil yolu bu ilin may ayında istifadəyə veriləcək.
 
Maide.Az "azərtac"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, bu, Ələt qəsəbəsindən Astaraya qədər olan yeni yol birinci dərəcəlidir və məsafəni əvvəlkinə nisbətən 38 kilometr qısaldacaq.
 
"Bu, iqtisadiyyata da öz töhfəsini verəcək. Yeni yolla tez xarab olan malları mənzil başına qısa zamanda çatdırmaq mümkün olacaq", - deyə S.Məmmədov vurğulayıb.
 

Google+ WhatsApp ok.ru