Bakı-Məşhəd aviareysi üzrə uçuşlar dayandırılıb

Bakı-Məşhəd aviareysi üzrə uçuşlar dayandırılıb

Bakı-Məşhəd aviareysi üzrə uçuşlar müvəqqəti olaraq dayandırılıb. Bunu İranın Rəzəvi Xorasan əyalətinin Aviasiya Şirkətlər Birliyinin katibi Məcid Furqani deyib. 
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, M.Furqani deyib ki, bu avireys havaların soyuması və Azərbaycana səfər fəslinin başa çatması ilə əlaqədar ləğv olunub. “Mart ayına kimi aviareysin uçuşları olmayacaq, əgər mart ayından sonra bu aviareys üzrə sərnişinlər olarsa Bakı-Məşhəd reysi bərpa olunacaq”
 
Qeyd edək ki, Bakı-Məşhəd reysinin ilk uçuşu cari ilin avqust ayında həyata keçirilmişdi. 
 
 
 

 

Google+ WhatsApp ok.ru