Bakı-Məşhəd aviareysinin qiyməti açıqlandı

Bakı-Məşhəd aviareysinin qiyməti açıqlandı

Bakı – Məşhəd aviareyslərinin uçuş vaxtı və qiymətləri məlum olub.
 
Maide.Az xəbər verir ki, dekabr ayının 16-dan Bakıdan Məşhədə birbaşa reys olacaq.
 
“BakuStar Travel” şirkətinin məlumatına görə, Bakı – Məşhəd reysi üzrə uçuş bir tərəfli 170 manat, iki tərəfli isə 323 manat təşkil edəcək. 
 
Bundan başqa şirkət 3, 4 və 7 gecəlik turlar da təşkil edəcək. 
 
Aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı “Bakustar” şirkətidir. 
 
Şirkət bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.
 
Məlumatda bildirilir ki, bir ildən sonra zəvvarların sayı çoxalarsa ola bilsin bu uçuşlar gündəlik həyata keçirilsin. 
 

Google+ WhatsApp ok.ru