Bakı-Nyu-York aviareysində yenilik

Azərbaycan Hava Yolları sentyabrın 24-də Bakı ilə Nyu-York arasında birbaşa aviareyslər həyata keçirir. İki ay yarım müddətində həftədə iki dəfə uçuş olub. Dekabrın 8-dən isə Azərbaycan Hava Yolları reysləri həftədə üç dəfəyə (bazar ertəsi, çərşənbə və şənbə günləri) çatdırıb.
 
AzərTAc-ın məlumatına görə, Azərbaycan Hava Yollarının Böyük Britaniya və ABŞ-dakı nümayəndəliyinin rəhbəri Kamran Qacar bildirib ki, şirkətin bu il aldığı ən müasir “Boinq 787” təyyarəsi 2015-ci ilin yayında Bakı-Nyu-York marşrutu üzrə uçuşları həyata keçirmək üçün nəzərdə tutulub.
 
Hazırda Azərbaycan Hava Yolları Bakıdan keçməklə Nyu-Yorkdan Aktau, Bişkek, İstanbul, Tehran, Təl-Əviv və Tbilisi şəhərlərinə tranzit reyslər həyata keçirir. Azərbaycan Hava Yollarına məxsus aviareyslərlə Bakıya səfər edən ABŞ vətəndaşları Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn zaman Azərbaycana qısamüddətli giriş vizası ala bilərlər./

Google+ WhatsApp ok.ru