Bakı-Qazax yolunda təhlükəsizlik sədləri sökülür

Bakı-Qazax yolunda təhlükəsizlik sədləri sökülür

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 110-120-ci km-lik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü işləri aparılır.
 
Maide.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
 
"Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
 

Google+ WhatsApp ok.ru