Bakı-Quba yolunda iki maşın toqquşub

Bakı-Quba yolunda iki maşın toqquşub

-- 7 nəfər xəsarət alıb

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
 

Google+ WhatsApp ok.ru