Bakı-Quba yolunda zəncirvari qəza baş verib - FOTO

Bakı-Quba yolunda zəncirvari qəza baş verib - FOTO

 Səhər saatlarında Bakı-Quba yolunda yol qəzası baş verib.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  Xırdalan-Masazır dairəsinin üzərindəki körpüdə "Mercedes" markalı avtomobil BMW-yə, digər "Mercedes" isə arxadan ona çırpılıb.
 
Hər 3 maşına ciddi ziyan dəyib. Hadisə yerinə sığorta və polis işçiləri cəlb olunub.
 
Qəza nəticəsində yolda tıxac yaranıb. Hazırda DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

Google+ WhatsApp ok.ru