Bakı-Quba yolunun bu hissələrinə təmir gedir - XƏBƏRDARLIQ

Bakı-Quba yolunun bu hissələrinə təmir gedir - XƏBƏRDARLIQ

-- Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları...

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
 
Maide.Az bildirir ki, bu barədə Modern.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 

Google+ WhatsApp ok.ru