Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər. Qeyd olunur ki, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur:
 
"26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".
 
QSC-dən qeyd olunur ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək:
 
"Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".
 

Google+ WhatsApp ok.ru