Bakı-Sumqayıt-Bakı elektrik qatarında sərnişin sıxlığı 2 dəfə artıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarında sərnişin sıxlığı 2 dəfə artıb

Buna səbəb qatarlara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilməsidir
 
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artmaqdadır. Bu barədə "Report" “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
 
Məlumata görə, noyabrın 19-dan, elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı 2 dəfə artıb. Belə ki, əgər əvvəllər gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə 2 500-3 000 sərnişin daşınırdısa, hazırda bu rəqəm 5 000-ni ötüb.
 
Qeyd edək ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.
 
Xırdalan stansiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib. /

Google+ WhatsApp ok.ru