Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişib

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişib

Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün  kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11 iyun 2017-ci il tarixdən 25 iyun 2017-ci tarixədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat  8-15-də  yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
 
“Azərbaycan Dəmir Yolları” QSC bildirir ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə etmək mümkündür. /

Google+ WhatsApp ok.ru