Bakı-Sumqayıt elektrik qatarında gediş haqları müəyyənləşdi

Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirilib. Tarif Şurasından verilən məlumata görə, Şuranın bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.
 
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq olunub.
 
Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
 
Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.
 

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri

İstiqamətlərin adı

Tariflər

(ƏDV ilə, manatla)

1.

Bakı-Sumqayıt-Bakı qatarı

 
1.1. Bakı – Sumqayıt

0,80

1.2. Bakı – Biləcəri

0,20

1.3. Bakı – Xırdalan

0,30

1.4. Bakı – Keşlə

0,20

1.5. Bakı – Koroğlu

0,20

1.6. Bakı – Bakıxanov

0,30

1.7. Bakı – Sabunçu

0,30

1.8. Bakı – Zabrat

0,40

1.9. Bakı – Pirşağı

0,50

     
1.10. Biləcəri – Xırdalan

0,20

1.11. Biləcəri – Sumqayıt

0,60

     
1.12. Xırdalan – Sumqayıt

0,40

     
1.13. Keşlə – Koroğlu

0,20

1.14. Keşlə – Bakıxanov

0,30

1.15. Keşlə – Sabunçu

0,30

1.16. Keşlə – Zabrat

0,40

1.17. Keşlə – Pirşağı

0,50

1.18. Keşlə – Sumqayıt

0,70

     
1.19. Koroğlu – Bakıxanov

0,20

1.20. Koroğlu – Sabunçu

0,30

1.21. Koroğlu – Zabrat

0,30

1.22. Koroğlu – Pirşağı

0,50

1.23. Koroğlu – Sumqayıt

0,60

     
1.24. Bakıxanov – Sabunçu

0,20

1.25. Bakıxanov – Zabrat

0,20

1.26. Bakıxanov – Pirşağı

0,40

1.27. Bakıxanov – Sumqayıt

0,60

     
1.28. Sabunçu – Zabrat

0,20

1.29. Sabunçu – Pirşağı

0,40

1.30. Sabunçu – Sumqayıt

0,50

     
1.31. Zabrat – Pirşağı

0,30

1.32. Zabrat – Sumqayıt

0,50

     
1.33. Pirşağı – Sumqayıt

0,40

 

 

 

Google+ WhatsApp ok.ru