Bakı-Sumqayıt ikimərtəbəli elektrik qatarlarında gediş haqları artırılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Tarif Şurasına yeni ikimərtəbəli elektrik qatarlarında gediş haqqını artırmağa dair müraciət etməyi planlayır.   
 
QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bəyan edib ki, hal-hazırda Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı 0,30 manatdır. 
 
“Stadler Minsk zavodunda ADY üçün istehsal edilən KISS markalı elektrik qatarlarının istismara verilməsi ilə əlaqədar QSC layihənin ödənilməsinin təmin edilməsi üçün Tarif Şurasına müraciət etmək qərarına gəlib”, - Əzməmmədov deyib.
 
Onun sözlərinə görə, hal-hazırda “Azərbaycan Dəmir Yolları” şəhər ətrafı qovşaq üçün yeni gediş haqqını, eləcə də Tarif Şurasına gediş haqqının artırılması üçün müraciət zamanını müəyyənləşdirir. 
 
Hal-hazırda ikimərtəbəli elektrik qatarları Avropa Oyunlarına gələn qonaqlara “Koroğlu” metrostansiyasından (Olimpiya stadionu) Bakı dəmiryol vağzalı (“28 may” metrostansiyası) istiqamətində xidmət göstərir. İlin sonuna qədər qatarlar hal-hazırda modernləşdirilən Bakı-Sumqayıt xəttinə buraxılacaq. oxu.az /

Google+ WhatsApp ok.ru