Bakı-Sumqayıt marşrutu ilə gedənlərin NƏZƏRİNƏ

Sabahdan Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəl qüvvəyə minəcək. 
 
Elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək. 
 
Qatarlar Baki sərnişin stansiyasından saat 5.10,  5.30,  6.50,  16.00,  17.25,  18.25 və 19.25-də, Sumqayıt sərnişin stansiyasından 6.40,  7.10,  7.55,  17.10,  18.30,  19.30 və 20.30-da yola düşəcək. 
 
Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. 
 
Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

Google+ WhatsApp ok.ru