Bakı-Sumqayıt mikroavtobus qəzasında 3 tələbə ölüb - YENİLƏNİB - VİDEO

Bakı-Sumqayıt mikroavtobus qəzasında 3 tələbə ölüb - YENİLƏNİB - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanların bəzilərinin adları məlum olub.
 
Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ölənlərdən biri 1997-ci il təvəllüdlü Aygün Məmmədovadır.
 
Bundan başqa, 2 nəfər - 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu və 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hadisə nəticəsində daha iki nəfər - 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
 
 
***
İlk xəbər 09.00-da yayımlanıb
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
“Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
 
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Yolda avtomobillərin sıxlığı yaranıb. /

Google+ WhatsApp ok.ru