Bakı-Sumqayıt şosesində piyada keçidinin tikintisi sıxlığa səbəb olub

Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Maide.az-a verilən məlumata görə, tikinti işlərini aparan piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.
 
Sürücülərə alternativ olaraq Binəqədi şosesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru