Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.
 
Maide.Az bildirir ki, bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 
Məlumata görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12 və 13-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti  ləğv edilir.
 

Google+ WhatsApp ok.ru