Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki sakinlərin narazılığına səbəb olub;qrafik dəyişəcək

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki sakinlərin narazılığına səbəb olub;qrafik dəyişəcək

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki bir qrup Sumqayıt sakinlərinin narazılığına səbəb olub. Bu barədə sakinlərin Prezidentə etdiyi müraciətdə bildirilir. 
 
Müraciətdə qeyd olunur ki, səhər saat 09:50-dən sonra  Bakıya növbəti qatar axşam 17:00-da yola düşür: “Bakıdan da Sumqayıta 08:50-dən sonra növbəti qatar 16:00-da yola düşür. Günorta saatlarında Sumqayıtdan-Bakıya və əks istiqamətdə qatarla gedib-gəlmək mümkün olmadığından məcburiyyət qarşısında ictimai nəqliyyatın digər növləri istifadə etməli olurlar. Bu da əlavə tıxaclara və yollarda qəzalara səbəb olur”.
 
Müraciətdə o da bildirilir ki, sərnişinlər arasında çoxluq təşkil edən tələbələr Bakıya və Sumqayıta gəlməkdə çətinlik yaşayırlar: “Belə ki, Bakıda I növbə təhsil alan tələbələrin dərslərinin 14:00-da bitməsini nəzərə alsaq, Sumqayıta qayıtaqları üçün təqribən saat 14:45 üçün qatar olmalıdır. Həmçinin II növbə təhsil alan tələbələrin dərslərinin 14:00-da başlamasını nəzərə alaraq  Bakıya getməsi üçün saat 12:30 üçün qatar olmalıdır. Həmçinin, qatarların qrafiklərinin bu cür səmərəsiz təşkil olunması əlavə sıxlıqla yanaşı terrorla mübarizəni də çətinləşdirir”.
 
Müraciət edən Sumqayıt sakinlərin tələbi odur ki, Bakı şəhərində I və II növbə növbə təhsil alan çoxsaylı tələbələri nəzərə alaraq saat 12:30-da Sumqayıtdan Bakıya, saat 14:45 üçün Bakıdan Sumqayıta qatarların hərəkət qrafik işə salınsın.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Sevinc Qədirova bildirib ki, günorta saatlarında sərnişin qatarlarının hərəkət etməməsinin səbəbi dəmir yollarında təmir və yenidənqurma işlərinin aparılmasıdır: “Bu işlər başa çatandan sonra elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olacaq və günorta saatlarında da sərnişinlərə xidmət göstərəcəyik. Biz sərnişinlərə keyfiyyətli xidmət göstərməyə çalışırıq. Müvəqqəti narahatlıq üçün üzr istəyirik”. (BizimYol)
 

 

Google+ WhatsApp ok.ru