Bakı-Sumqayıt sərnişin mikroavtobusu maneəyə çırpılıb, xəsarət alanlar var 09 Mart 2017 02:00 Hadisə Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub. Yolda avtomobillərin sıxlığı yaranıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir. İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. Teqlər : #BakıSumqayıt sərnişin mikroavtobusu maneəyə çırpılıb,#xəsarət alanlar var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yol qəzalarında 3 nəfər ölüb Bakı-Sumqayıt mikroavtobus qəzasında 3 tələbə ölüb - YENİLƏNİB - VİDEO