Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin sayı 6-ya çatıb 11 Mart 2017 02:00 Hadisə Yaralı xəstəxanada dünyasını dəyişib Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb. "Report"un xəbərinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib. L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi. Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişib. / Teqlər : #BakıSumqayıt yolunda baş verən qəzada ölən tələbələrin sayı 6ya çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə zəlzələ olub İsmayıllı bazarında qumbara ilə partlayış törədilib, yaralılar var - TƏFƏRRÜAT