Bakı-Sumqayıt yolunda mikroavtobus yol kənarına çırpılıb, 2 nəfər ölüb və 10 nəfər yaralanıb- Yenilənib 2 - VİDEO-FOTO

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Ölənlərin hər ikisi cavan oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.

 
****
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb.
 
Şahidlərin verdiyi məluimata görə, hadisənin baş verməsi nətciəsində ölən və yaralananlar var.
 
Ağır yaralıların xəstəxanalara çatdırıldığı bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.
 
 
*****
 
Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.
 
Maide.az şahidlərə istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunda mikroavtobus yol kənarına çırpılıb, ölən və yaralananlar var. /
 
 
 

Google+ WhatsApp ok.ru