Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 01 Oktyabr 2014 01:00 Ölkə Bakı-Sumqayıt yolunun 6-9-cu kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bunu APA-ya Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P. Mürsəliyev həmçinin qeyd edib ki, sözügedən avtomobil yolunda tətbiq olunan məhdudiyyət yolun 9-cu km-də dəmir yolu üzərində mövcud körpülərin söküntüsü ilə əlaqədardır. Belə ki, körpülərin yerində müasir tipli dörd aşırımlı iki ədəd yol ötürücüsü tikiləcək. Onun sözlərinə görə, qeyd edilən ərazidə genişləndirmə işlərinin də aparılması nəzərdə tutulub. P. Mürsəliyev bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunun 6-9-cu km-də tətbiq olunan məhdudiyyət nəqliyyat vasitələrinin hərəkətinə maneə törətmir. Belə ki, alternativ olaraq sürücülər yolun sağ tərəfindən, yəni Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətində çəkilən avtomobil yolundan istifadə edir. “Birinci mərhələ üzrə biz Sumqayıt istiqamətindən Bakı Beynəlxalq Avtovağzalına qədər olan hissədə dörd aşırımlı və üç zolaqlı körpü tikdik. Biləcəri istiqamətində isə yolun sağ tərəfindən, yəni Bakıdan Sumqayıt istiqamətində iki bir aşırımlı körpü tikilib, həmçinin üç zolaqlı yol salınıb”, - deyə qurum rəsmisi bildirib. Teqlər : #BakıSumqayıt yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru NİDA Vətəndaş Hərəkatı bəyanat yayıb DİN: Rafiq Hüseynov Goranboyda ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edib