Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza olub

Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza olub

Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki,  Şirvan bürosunun məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan "Ford" markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, "Opel" və "Lada" markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.
 
Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmidov Rövşən Hacı oğlu xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru