Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 5-də mitinq keçirməsinə razılıq verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, BŞİH mitinqin aprelin 5-də saat 15:00-da keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.
 
Mitinqin qiymət artımına etiraz olaraq keçirilməsi nəzərdə tutulur. 

Google+ WhatsApp ok.ru